Modern.az

Milyarder malikanəsində 28 milyona hovuz tikəcək

Milyarder malikanəsində 28 milyona hovuz tikəcək

16 Fevral 2016, 12:16


Rusiyalı milyarder Roman Abramoviç Londondakı malikanəsində 28 milyon funt sterlinq dəyərində yeraltı hovuz kompleksi inşa edəcək.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, milyarder artıq malikanənin planının dəyişdirilməsi üçün yerli hakimyyət orqanlarından icazə ala bilib.

28 milyona inşa olunacaq kompleksə hovuz, sauna və buxar hamamı daxildir.

Roman Abramoviç və Darya Jukovaya məxsus kompleksin dizaynına tarixi Londonun kanalizasiya sistemi və Nyu-York metrosunun elementləri təsir edib.

Roman Abramoviç Londonun Kensinqton-Palas-Qardens küçəsində yerləşən və XIX əsrə aid malikanəni 2009-ci ildə 125 milyon funt sterlinqə satın almışdı.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu