Birləşmiş Millətlər Təşkilatının keçmiş baş kaibi Butros Qali 94 yaşında vəfat edib. Modern.az saytı xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, bu barədə BMT-nin Təhlükəsizlik Şurasına Venesuelanın BMT-dəki nümayəndəsi bu ay Təhlükəsizlik Şurasına sədrlik edən Rafael Dario Ramires Karrenyu məlumat verib.
Hələlik ölümün səbəbləri barədə heç bir məlumat verilməyib.
Keçmiş baş katibin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Modern.az