ABŞ-ın dövlət katibi Con Kerri və Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu telefon danışığı zamanı Suriyadakı vəziyyəti və İŞİD-lə mübarizəni müzakirə ediblər. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında bildirilir.
“Onlar humanitar yardımın çatdırılması və atəşkəsin tətbiqi daxil olmaqla Suriyadakı son hadisələri və İŞİD-lə mübarizədə göstərilən səyləri müzakirə ediblər”-, deyə məlumatda bildirilir.
Bundan başqa, Kerri Ankarada fevralın 16-da törədilən terror aktı ilə əlaqədar başsağlığı verib.
“Dövlət katibi ABŞ-ın NATO-dakı müttəfiqimiz olan Türkiyə ilə tərəfdaşlığa və terrorçuluqla ümumi mübarizəyə dair öhdəliklərinə sadiqliyini bir daha təsdiqləyib”-, deyə məlumatda qeyd olunub.
Modern.az