Modern.az

Səudiyyə Ərəbistanı Əsədi devirmək üçün xüsusi təyinatlılar göndərdi

Səudiyyə Ərəbistanı Əsədi devirmək üçün xüsusi təyinatlılar göndərdi

19 Fevral 2016, 10:34

Səudiyyə Ərəbistanı Suriyanın cənub-şərqində xüsusi əməliyyat keçirməyə hazırlaşır.

Modern.az saytı Qərb mətbuatına istinadən xəbər verir ki, hərbi müdaxilə İordaniya ərazisindən baş tutacaq.

Adı açıqlanmayan səudiyyəli məmur Suriyada əməliyyat keçirmək üçün xüsusi təyinatlı qoşunların İordaniyaya getdiyini və sərhəd ərazilərində kəşfiyyat apardıqlarını etiraf edib.

Rəsmi Ər-Riyad fevralın 16-da verdiyi açıqlamada Suriyada quru əməliyyatları aparmağa hazır olduğunu, lakin bunu ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya tərkibində aparacaqlarını demişdi.




Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu