Modern.az

“Liviyada qaçırılan 2 diplomat öldürülüb” - YENİLƏNİB

“Liviyada qaçırılan 2 diplomat öldürülüb” - YENİLƏNİB

20 Fevral 2016, 17:56

Serbiyanın Xarici İşlər Nazirliyi Liviyada ötən ilin noyabr ayında qaçırılan 2 səfirlik işçisinin öldürülmüş ola biləcəyini bəyan edib.

Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, Serbiyanın Xarici İşlər Nazirliyi 2 səfirlik əməkdaşı ilə bağlı yaydığı məlumatda bəyan edib ki, ABŞ-ın İŞİD terror təşkilatının hərbi təlim bazalarına hücumları nəticəsində ölmüş ola bilərlər.

Xarici işlər naziri İvika Daşiç mətbuat konfransında həyatını itirmiş insanların kimliyinin dəqiqləşdirilməsi istiqamətində işlərin davam etdiyini və bu məlumatların rəsmi olaraq təsdiqlənməsinin gərək olduğunu vurğulayıb.

Qeyd edək ki, Liviyanın şimal-qərbində yerləşən Sabrahta əyalətində ötən ilin noyabrın 8-də Sladjana Stankoviç və Jovika Stepik adlı 2 səfirlik əməkdaşı qaçırılıb.

***

Serbiya xarici işlər naziri İvika Daşiç Belqradda verdiyi açıqlamada qaçırılan 2 səfirlik əməkdaşının öldüyünü deyib:

"Çox təəssüf ki, biz bu gün çoxlu sayda xarici vətəndaşın da həyatını itirdiyi məlumatını aldıq. Ölənlər arasında səfirliyimizin iki əməkdaşımız da var.  Serbiyanın Liviyadakı səfirliyində sürücü kimi çalışan Jovika Stepik  və səfirliyin digər əməkdaşı Sladjana Stankoviç ötən il noyabr ayının 8-də İŞİD tərəfindən qaçırılıb. Hər iki şəxs diplomat statusuna malik idi.  ABŞ hərbi hava qüvvələri cümə günü Sabrahta şəhərinə döyüş təyyarələri ilə hücum təşkil edib.  Təşkil edilən hava hücumu nəticəsində İŞİD -ə aid olan hərbi təlim düşərgəsinin  bombalanması nəticəsində 40 insan həyatını itirib. Həmin vaxt bizim səfirliyin əməkdaşları həlak olub”

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu