Modern.az

Uqandada prezident seçildi

Uqandada prezident seçildi

20 Fevral 2016, 17:59

Uqanda Respublikasında baş tutan prezident seçkilərində Yoveri Museveni yenidən ölkə prezindeti seçilib.

Modern. az xarici KİV-ə istinadən xəbər verir ki, Uqanda Respublikası Seçki Komissiyası ötən gün keçirilən prezident seçkilərində seçicilərin 60 faiz səsini qazanan Yoveri Museveninin qalib gəldiyini açıqlayıb.

Museveninin rəqibi Kizza Beşigye isə seçicilərin 35 faizinin səsini qazanaraq rəqibinə məğlub olub.

Kizza Besigyenin başçılıq etdiyi Demokratik Dəyişmə Forumu seçkidə saxtakarlıq edildiyini, nəticələri tanımadıqlarını bildirib. Beşigye hal-hazırda ev dustağıdır.


Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu