Modern.az

Ukraynada radikallarla Milli Qvardiyanın əməkdaşları arasında toqquşma

Ukraynada radikallarla Milli Qvardiyanın əməkdaşları arasında toqquşma

20 Fevral 2016, 23:15

 

Kiyevin Müstəqillik meydanında Milli Qvardiyanın əməkdaşları və “Radikal Sağ Sektor” hərəkatının nümayəndələri arasında toqquşmalar baş verib. Modern.az saytı xəbər verir ki, Ukrayna mediası radikalların meydanda gecələmək məqsədilə ərazidə çadırlar qurmağa cəhd etdiklərini bildiribler. Lakin asayiş keşikçiləri “canlı sədd” quraraq, onlara meydanın mərkəzinə keçməyə mane olublar.

Bu zaman Milli Qvardiyanın əməkdaşları və radikallar arasında qarşıdurma baş verib. Məlumata görə, toqquşmada hər iki tərəfdən 150-dək şəxs iştirak edib.  Qeyd edək ki, bu arada “Kazatski” otelində qərargah qurmuş radikal sağçı qüvvələrin nümayəndələri hökumətə öz tələblərini irəli sürüblər.  

Məlumata görə, radikallar  tərtib etdikləri siyahıda adları çəkilən siyasi məhbusların azadlığa buraxılmasını, meydanda çadır şəhərciyinin qurulmasına mane olmamağı tələb ediblər.

Qərargah nümayəndələri, həmçinin, prezident və hökumətin istefasını tələb edirlər.  Onlar sabah, fevralın 21-də, meydanda “xalq toplantısı”nın keçiriləcəyini elan ediblər.

Qeyd edək ki, Kiyevin mərkəzində 2014-cü ilin 18-20 fevral tarixlərində Meydanda həlak olan etirazçıların xatirəsinə həsr olunmuş anım tədbirləri təşkil olunub.      

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu