Modern.az

Əfqanıstan ordusu böyük ərazini "Talibana" təslim etdi

 Əfqanıstan ordusu böyük ərazini "Talibana" təslim etdi

Dünya

23 Fevral 2016, 00:08

 

Əfqanıstanın ən böyük əyaləti olan Gilməndin, demək olar ki, bütün şimal hissəsi "Taliban" radikal islamçı hərəkatının əlinə keçib. Modern.az  virtualaz.org-a istinadən xəbər verir ki, fevralın 22-də Gilmənd əyalətinin qubernatoru Xan Rəhimi deyib: "Əfqan ordusu Musa Qala bölgəsindəki iki hərbi bazanı və Nəvzad bölgəsindəki bir hərbi bazanı təslim edib".

ABŞ kəşfiyyatının məlumatına əsasən, "Taliban" Əfqanıstan ərazisinin üçdə bir hissəsinə nəzarət edir, yaxud həmin ərazini işğal etməyə hazırlaşır. Eyni zamanda, ötən il Kunduz şəhərinin müvəqqəti işğalı nəzərə alınmasa, cihadçılar ölkənin heç bir iri inzibati mərkəzini ələ keçirə bilməyiblər.  

 Qeyd edək ki, Gilmənd əyaləti Əfqanıstanda narkotik vasitələrin istehsalı üzrə mərkəz hesab olunur.

  Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu