Türkiyənin İzmir şəhərində yaşayan Əli D. Adlı vətəndaş həyat yoldaşını prezident Rəcəb Tayyip Ərdoğanı təhqir etdiyi üçün məhkəməyə verib.
Modern.az Türkiyə KİV-nə isitnadən xəbər verir ki, ər Ərdoğanın televiziya çıxışı zamanı xanımının prezidenti təhqir etdiyi anları diktafona yazıb və məhkəməyə təqdim edib.Əgər fakt təsdiqini taparsa, qadını böyük məbləğdə cərimə yaxud 4 ilə qədər həbs gözləyir.
“Doğma atam belə olsa, Ərdoğanı söydüyü üçün məhkəməyə verərəm”-deyə Əli D jurnalistlərə deyib. Onun həyat yoldaşı isə artıq boşanma ərizəsi hazırladığını deyib.
Vüqar İsmayılov