İraqlı din xadimi Cəlaləddin əs-Saqir sonuncu moizəsini İraqdakı iqtisadi böhrana həsr edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, şeyx İraq iqtisadiyyatının dirçəldilməsi üçün bütün ölkə vətəndaşlarının yardImçı ola biləcəyini deyib. O bu yolda ilk addım olaraq şokoladdan imtina etməyi təklif edib.
“Qardaşlar, biz şokoladsız da keçinə bilərik. Mən sizi xərclərinizi azaltmağa səsləyirəm, qənatə etdiyiniz pullar sabah sizə lazım ola bilər”.
İraqlı jurnalist Nabil Casim isə şeyxin çağırışına ironiya ilə cavab verib.
“Ey ali lider, nə üçün bizi belə sınağa çəkirsiniz? Şokolad bizim rasionumuzn önəmli bir hissəsidir. Biz onları nə 80, nə də 90-cı illərdən yeyirik”.
İraqlı internet istifadəçiləri ölkənin iqtisadi problemlərinin hakim zümrənin malik olduğu imtiyazlardan qaynaqlandığını deyib və şeyx Cəmaləddinə operativ olaraq “Şokoladdin” adı veriblər.
Vüqar İsmayılov