Modern.az

Bəşər Əsəd atəşkəsə razılaşdı

Bəşər Əsəd atəşkəsə razılaşdı

23 Fevral 2016, 15:25


Suriya hakimiyyəti ABŞ və Rusiyanın birgə təklif etdiyi atəşkəs şərtlərinə razı olduqlarını bildirib.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya rəsmiləri 27 fevralda qüvvəyə minəcək atəşkəsə razı olduqlarını desələr də, İŞİD və Ən-Nüsrə Cəbhəsinə qarşı hərbi əməliyyatların davam etdirilməsini dəstəkləyiblər.  

Rəsmi Dəməşq atəşkəs dövründə müxalif qruplaşmaların qüvvətlənməsinə də icazə vermək olmaz.

Mötədil Suriya müxalifəti də atəşək rejiminə müsbət cavab veriblər. Bununla belə onlar rəsmi Dəməşqdən artilleriya və aviasiya gücləri ilə mühasirədə saxladığı 18 rayona sərbəst dəhliz ayırmağı tələb edib.

Vüqar İsmayılov 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu