Rusiya Xarici İşlər Nazirliyinin(XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Su-24 təyyarəsinin Türkiyə-Suriya sərhəddində vurulmasının 3-cü ayı münasibəti ilə bağlı həmin günün xatirlərini bölüşüb.
Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, Zaxarova həm özünün, həm də əksər rusiyalı diplomatların həmin anlarda şok keçirdiklərini deyib.“3 ay əvvəl, noyabrın 24-də Suriya səmasında bizim oğlanlar öldü. Həmin gün yaxşı xatirimdədir. Türkiyəyə uçmalı idik. Mən artıq işdə idim. Vnukovo-2-yə qədər olan bütün yolu baş verənlərə inanmaq istəmirdim. Yadımdadır ki, iş yoldaşlarıma son xəbərləri necə çatdırırdım. Heç kəs inanmaq istəmirdi. 30-40 il iş təcrübəsi olanlar belə buna inana bilmirdi”.
Etiraf edirəm ki, həmin hadisə məndə nəyisə dəyişdi. Sanki həmin hadisə həmişə mənimlədir”-deyə Zaxarova bildirib.
Noyabrın 24-də Rusiyanın Su-24 təyyarəsi Suriya-Türkiyə sərhəddində vurulmuşdu. Hadisə zamanı pilotlardan biri – Oleq Peşkov həlak olmuşdu.
Vüqar İsmayılov