Böyük Britaniya xarici işlər naziri Filip Hammond son həftələrdə ölkəsinin Suriyada təhlükəli tendensiyanı müşahidə etdyini deyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı nazir Bəşər Əsəd qüvvələrinin, Rusiya aviasiyasının və kürd qruplaşmalarının bir-birilə koordinasiyada əməliyyat keçirdiyini deyib.“Son həftələrdə biz suriyalı kürdlər, Əsəd rejimi və Rusiya aviasiyası arasında təhlükəli koordinasiya əlaqələrinin olduğunu müşahidə edirik. Bizi kürdlərin bu məsələdə rolu xüsusən narahat edir”.
Diplomat bu barədə açıqlamanı ölkə parlamentindəki dinləmələr zamanı deyib.
Vüqar İsmayılov