Modern.az

Rusiya Türkiyəyə qaz ixracını azaldıb

 Rusiya Türkiyəyə qaz ixracını azaldıb

26 Fevral 2016, 00:58

 

Rusiyanın "Qazprom" dövlət şirkəti Türkiyənin özəl enerji şirkətləri ilə qiymət mübahisəsi səbəbindən bu ölkəyə qaz tədarükünü kəskin şəkildə azaldıb. Modern.az saytı  xəbər verir ki, bu barədə "İnterfax"  məlumat yayıb.

Məlumata görə, Türkiyənin Energetika Nazirliyi tədarükün azalmasına əsas səbəb kimi havaların anomal isti keçməsi və bunun nəticəsi olaraq qaza tələbatın azalmasını deyil, Türkiyə şirkətləri ilə "Qazprom" arasında yaşanan "qiymət müharibəsi"ni göstərib.  

Qeyd edək ki, Rusiyadan Türkiyəyə qaz tədarükünün təqribən yarısı "Bulqartransqaz"ın payına düşür.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu