Modern.az

Bu gün FİFA-nın yeni rəhbəri məlum olacaq

Bu gün FİFA-nın yeni rəhbəri məlum olacaq

26 Fevral 2016, 10:00


Bu gün dünya futboluna növbəti illərdə rəhbərlik edəcək şəxsin adı bəlli olacaq.

Moden.az xarici KİV-nə istinadən xəbər verir ki,   İsveçrənin Sürix şəhərində baş tutacaq FİFA-nın prezidentliyi postu uğrunda  İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə mübarizə aparacaqlar.

FİFA baş katibininkeçmiş köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvale də FİFA-nın prezidenti olmaq istəyənləri siyahısında yer alır.

Keçiriləcək prezidenbtlik seçkilərində daha çox şansa malik olanlar AFK prezidenti və UEFA-nın baş katibi hesab olunur. 

Qapalı şəkildə baş tutacaq seçkinin ilk mərhələsində  qalib olmaq üçün səslərin 2/3 hissəsini, növbəti turlarda isə 50 faizdən yalnız 1 səs çox yığmaq kifayət edəcək.

Bir müddət əvvəl  İordaniya şahzadəsi seçkilərin təxirə salınması ilə bağlı müraciət etsə də, FİFA bunu qeydə almayıb. Əvəzində seçki kabinələrinə mobil telefonlarla girmək qadağan olunub.

Konqresdə AFFA nümayəndələri də təmsil olunacaq.

Qeyd edək ki, dünya furbolunun baş təşkilatı sayılan FİFA-nın sabiq rəhbəri Yozaf Blatter və UEFA prezidenti Mişel Platini korrupsiya ittihamı ilə tutduqları vəzifələrdən kənarlaşdırılıblar.

 Platininin FİFA-dan qeyri-qanuni olaraq 2 milyon İsveçrə frankı aldığı bildirilir. Bu səbəbdən hər iki şəxs əvvəlcə 8 il, daha sonra 6 illiyə futboldan uzaqlaşdırılıb.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu