Modern.az

Amerika 20 il əvvəl oğurlanmış tarixi sənədləri Rusiyaya qaytarır

Amerika 20 il əvvəl oğurlanmış tarixi sənədləri Rusiyaya qaytarır

26 Fevral 2016, 10:55

ABŞ 1990-cı illərin əvvəllərində Rusiya arxivlərindən oğurlanmış 20-dən artıq tarixi sənədi Rusiyaya qaytaracaq.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həmin sənədlər arasında Rusiya imperatorlarının və İosif Stalinin imzası olan sənədlər də var.  

28 tarixi sənədin qaytarılması mərasimi martın 3-də Moskvadakı Amerika səfirliyində baş tutacaq.   1703-1894-cü illərdə Rusiya iomperatorlarının verdiyi fərmanların və İosif Stalinin 1944-cü ildə ordu hissələrinin yenidən təşkili ilə bağlı verdiyi fərmanın orijinal surəti həmin sənədlər arasındadır.  

Hesab olunur ki, sənədləri hazırda İsraildə yaşayan Vladimir Faynberq oğurlayıb. O, auksion dəyəri 24 milyon dollar olan 700-dən artıq sənədi 90-cı illərdə gizli yolla Rusiyadan xaricə çıxarmışdı.

Tarixi sənədlər ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən 2006-2012-ci illərdə aşkar olunub.    

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu