Modern.az

Suriyada atəşkəs qüvvəyyə mindi

Suriyada atəşkəs qüvvəyyə mindi

27 Fevral 2016, 10:39

 

Suriyada ötən gecədən başlayaraq atəşkəs rejimi qüvvəyə minib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya hökumət qoşunları və müxalifət arasında əldə olunan razılaşma ilk dəqiqələrdən pozulmağa başlayıb.  

Belə ki, müxalifət nümayəndələri atəşkəsin qüvvəyə minməsindən sonra 15 dəqiqə ərzində hökumət qüvvələrinin şiddətli artilleriya atəşinə məruz qaldıqlarını bildiriblər.  

Bundan başqa, Dəraa şəhəri yaxınlığındakı Yabudex kəndində də intensiv atışmalar baş verib.

Bununla belə, Suriya İnsan Haqlarının Monitonrinq Mərkəzi uzun illərdən sonra bir çox Suriya şəhərlərində gözlənilən atəşkəsin baş tutduğunu bildirib.    

Vüqar İsmayılov


Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu