ABŞ-ın hüquq-mühafizə orqanları Vaşinqton ştatında qətlə yetirilən iki uşağın Rusiyadan olduğunu təsdiqləyib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, polisdən öldürülən oğlan uşaqlarının milliyyətcə rus olduğu bildirilib.
Qətlə yetirilən uşaqların 1997-ci il təvəllüdlü Tori Karlson və 1999-cu il təvəllüdlü Kuin Karlson olduğu bildirilir. Meyitlərin fevralın 29-da ekspertizaya göndərilməsi nəzərdə tutulub. İnsidentin səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, ştatın Meyson dairəsində naməlum kişi ailəsinin 4 üzvünü güllələyərək qətlə yetirib, sonra isə özünü öldürüb.
Modern.az