Modern.az

İŞİD mənzil-qərargahını Liviyaya köçürür

 İŞİD mənzil-qərargahını Liviyaya köçürür

27 Fevral 2016, 23:33

 

Mərakeş mənbələri İŞİD terrorçularının öz mənzil-qərargahlarını Liviyaya köçürmələri barədə xəbər veriblər. Modern.az saytı TASS agentliyinə istinadən xəbər verir ki, bu məlumatla Mərakeşin Məhkəmə təhqiqatları mərkəzi bürosunun direktoru Əbdülhaq Hiyam paylaşıb.  

«İŞİD ətrafında məngənə terrorçulara İraqda və Suriyada endirilən zərbələrlə daralmaqdadır. Buna görə də, İŞİD öz mənzil-qərargahını Liviyaya köçürmək barədə düşünür. Buradakı vəziyyət qruplaşma üçün daha əlverişlidir», - Hiyam belə deyib.

Hazırda İŞİD Suriyanın Rakka şəhərini öz paytaxtı hesab edir.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu