Modern.az

Sabah 3861 insanın qatilinin məhkəməsi başlayır

 Sabah 3861 insanın qatilinin məhkəməsi başlayır

28 Fevral 2016, 22:03

 

Sabah Almaniyada minlərlə  insanın ölümündə təqsirli bilinən Osvensim ölüm düşərgəsinin  keçmiş həkimi Qubert Zafkenin məhkəmə prosesi başlayır. Qubert Zafke  1943- cü ildə feldşer işlədiyi Osvensim əsir düşərgəsində 3861 əsirin ölümündə  günahlandırılır. Modern.az saytı Anspress-ə istinadən xəbər verir ki, məhkəmədə iki şahidin dindirilməsi gözlənilir.

Prokurorlar iddia edirlər ki, Zafke düşərgədə işlədiyi müddət ərzində kütləvi surətdə məhkumların öldürülməsində iştirak edib. Onların sözlərinə görə, SS rəhbərlərinin müalicəsi ilə birbaşa məşğul olan həkimin otağı əsirlərin yandırılması üçün aparıldığı qaz kamerasına gedən yolun üstündə yerləşirdi. 

Zafke əsirlərin yandırıldığı krematoriyadan qalxan tüstünü gün ərzində müşahidə edib, ona görə də əsirlərin yandırılmasından xəbərsiz ola bilməzdi.  

Aprel ayında Osvinsimin daha bir  keçmiş əməkdaşının, qarovulçu Raynold Qanninqin məhkəməsi gözlənilir. O təxminən 170 min əsirin öldürülməsində günahlandırılır.

Məhkəmənin araşdırmalarına görə, Raynold əsirlərin bölüşdürülməsi ilə məşğul olaraq kimlərin məcburi əməyə, kimlərin isə öldürülməyə seçilməsnə şəxsən qərar verib.  

Osvensim ən böyük alman-faşist həbs düşərgəsidir. O, 1940-cı ildə Krakovdan 70 km aralıda yaradılıb. Onun yaxınlığında daha 45 konslager mövcud olub ki, onlardan ən böyüyü Bjenzink düşərgəsi idi. Burada faşistlər 1.1 milyonu yəhudi olmaqla ümumilikdə 1,4 milyon insanın həyatına son qoyub. 1945-ci ilin yanvarında sağ qalan 7 min əsir Ukrayna cəbhəsinin döyüşçüləri tərəfindən azad edilib.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu