Rusiyada təlim uçuşu zamanı qırıcı Su-25 qəzaya uğrayıb. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Stavropol vilayətindəki "Budyonovsk" hava limanının yaxınlığında baş verib. Təyyarənin pilotu qəza nəticəsində həlak olub.
Qeyd olunur ki, Su-25 insanların yaşamadığı əraziyə düşüb.
Modern.az