Modern.az

Alpda qar uçqununda ölənlərin sayı 6 nəfərə çatıb

 Alpda qar uçqununda ölənlərin sayı 6 nəfərə çatıb

12 Mart 2016, 23:14


İtaliya Alplarında qar uçqunu nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb. Modern.az saytı xəbər verir ki,  bu barədə Frans Press agentliyi məlumat yayıb.

Xilasetmə xidməti nümayəndəsinin sözlərinə görə, bu, yekun nəticə deyil, axtarış-xilasetmə əməliyyatı hələ davam edir. İnsident Avstriya ilə sərhəddəki Valle-Aurina italyan kommunasında baş verib. Şneebige Nok dağının zirvəsinə qalxan xizəkçilər 3 min metr yüksəklikdə qar uçqununun altında qalıblar.  

Bir müddət əvvəl iki nəfərin öldüyü və səkkiz nəfərin itkin düşdüyü barədə məlumat yayılmışdı.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu