Modern.az

Polis işçisi arvadını, qızını və oğlunu vurdu, özünü öldürdü

Polis işçisi arvadını, qızını və oğlunu vurdu, özünü öldürdü

15 Mart 2016, 13:26

Trabzonda ruhi problemləri səbəbindən dəlilik həddinə çatan polis məmuru həyat yoldaşını, qızını və oğlunu vurduqdan sonra özünü öldürüb. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Trabzonda Taksim polis bölməsində xidmət edən 25 illik polis məmuru Veli Çaki bu gün səhər Ortahisar rayonu Peliti məhəlləsindəki evində hələ bilinməyən bir səbəbdən ağlını itirib. Cib bıçağı ilə öncə yoldaşını, qızı ilə oğlunu vurduqdan sonra silahı ilə intihar edib.

Veli Çaki ilə qızı hadisə yerində həyatını itirərkən, həyat yoldaşı ilə oğlu isə ağır vəziyyətdə  KTÜ Tibb Fakültəsi Fərabi Xəstəxanasına yerləşdiriliblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu