Modern.az

İŞİD-in gürcü lideri yenə öldü

İŞİD-in gürcü lideri yenə öldü

15 Mart 2016, 14:53

İŞİD-in əsas komandirlərindən olan və daha çox “Əbu Ömər Əş-Şişani” adı ilə tanınan Tarxan Batriaşvili ölüb.

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ hökumətindəki etibarlı mənbəyə əsasən məlumat verib.  

Ötən həftə koalisiya qüvvələrinin aviazərbəsi nəticəsində ağır xəsarətlər alan Şişani Rakka şəhərində müalicə olunduğu xəstəxanada keçinib.  

Onun martın 8-dən bəri süni nəfəs aparatına qoşulduğu məlum idi.

Şişaninin ölümü ilə bağlı dəfələrlə məlumat yayılıb.  

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu