2016-cı ilin fevralı meteomüşahidələr tarixində bu ay üçün ən isti temperatur göstəricisi ilə tarixdə qalıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının mətbuat katibi Kler Nullis məlumat verib.“Fevral ayı hazırda ən rekord istilik dərəcəsi olan ay kimi qalıb. Ümumiyyətlə, bu qış tarixdə ən isti qış olub”.
Ümumdünya Meterologiya Təşkilatının məlumatına görə, XX əsrdə fevral ayı üçün qeydə alınan istilik rekordu 2016-cı ilin fevralında qeydə alınan orta temperaturdan 1,21 dərəcə az olub.
Təşkilat bu ilin dekabr-yanvar aylarını 1880-2016-cı illər üzrə ən isti qış adlandırıb.
Vüqar İsmayılov