Modern.az

Dünyanın ən zəngin insanları - İlk 10-luq  

Dünyanın ən zəngin insanları - İlk 10-luq  

Dünya

8 Avqust 2021, 16:30

“Amazon” şirkətinin sahibi Cef Bezos dünyanın ən varlıları siyahısında birinciliyi itirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Forbes” nəşrinin yaydığı məlumatda qeyd olunub.

 

Hazırda dünyanın ən zəngin insanı Fransanın məşhur geyim markası olan “Louis Vuitton”un sahibi Bernard Arnodur. O, Cef Bezosu geridə qoyaraq, birinci yerə yüksəlib.

 

 Dünyanın ən varlı 10 insanı bunlardır:

  1. Bernard Arno - 198.8 milyard dollar – “Louis Vuitton Moet Hennessy”

2. Cef Bezos - 193.3 milyard dollar – “Amazon”, “Blue Origin's”

3. İlon Mask - 182.1 milyard dollar – “Tesla”, “Spacex”

4. Bill Qeyts - 132.1 milyard dollar – “Microsoft”

5. Mark Zukerberq - 130.8 milyard dollar – “Facebook”

6. Leri Peyc - 116.4 milyard dollar – “Google”

7. Lery Elison - 116.3 milyard dollar – “Oracle”

8. Sergey Brin - 112.6 milyard dollar – “Google”

9. Varen Baffit - 103.7 milyard dollar – “Berkshire Hathaway”

10. Frankois Bettenkurt Meyers - 93 milyard dollar – “L'oreal”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?