Modern.az

Dövlət Neft Şirkətində işə qəbul üçün imtahan

Dövlət Neft Şirkətində işə qəbul üçün imtahan

Ölkə

22 Fevral 2012, 13:06

ARDNŞ-nin İnsan Resursları Departamenti tərəfindən mütəmadi olaraq Şirkətin müxtəlif idarə və müəssisələrinə işə qəbul üzrə test imtahanları, peşə sınaqları və müsahibələr keçirilir. Modern.az saytı xəbər verir ki, fevralın 20-də saat 15:00-dan 18:00-dək Departament tərəfindən “Azneft” İstehsalat Birliyi, “Neftqaztikinti” tresti, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Geofizika və Geologiya İdarəsi, Kompleks Qazma İşləri Tresti və “Neftqazelmitədqiqatlayihə” İnstitutunda yaranmış vakansiyalar üzrə müraciət edən namizədlər üçün test imtahanları keçirilib. Sənədlərinin ilkin seçimi aparıldıqdan sonra keçirilmiş imtahanda 200 nəfər iştirak edib. Testlərə daxil edilən 30 sualdan 25-i namizədlərin məntiqi bilik səviyyəsinin yoxlanılmasına, 5-i isə ümumi biliklərin müəyyən edilməsinə aid olub. İmtahandan əvvəl nəzarətçilər tərəfindən namizədlərə təlimat verilib. 

Qeyd edək ki, ARDNŞ-də işə qəbul olunmaq istəyən şəxslər Şirkətin www.socar.az korporativ veb-səhifəsinin “Karyera” bölümünün (karyera.socar.az) “İşə qəbul” bölməsinin “İş axtarışı” panelinə daxil olmalı, bilik və bacarığına uyğun vakansiyanı seçərək vahid elektron müraciət formasını doldurmalıdırlar. Müraciət edən namizədlər vakansiyanın tələblərinə cavab verdikdə, test və ya peşə sınaq imtahanından müvəffəqiyyətlə keçdikdən sonra müsahibəyə dəvət olunurlar.     

Modern.az                       

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU