Yazıçılar Birliyi orduya dəstək məqsədilə təbliğat kampaniyasına start verəcək. Bu haqda Modern.az saytına birliyin katibi Rəşad Məcid məlumat verib.
O, bu barədə müzakirlərin getdiyini deyib:
“Yazıçılar Birliyində Hərbi Vətənpərvərlik Komissiyasına rəhmətlik Zəlimxan Yaqubdan sonra Şahin Musaoğlu rəhbər seçilib. Şahin Musaoğlu bir neçə hərbi vətənpərvərlik şeirlərinin, mahnıların müəllifidir.
Planlaşdırılıb ki, bu günlərdə komissiyanın üzvləri fəal olan QHT-lə birlikdə müzakirələr aparsınlar. Hərbi vətənpərvərlik mövzusunda təbliğat kampaniyasının, görüşlərin keçirilməsi ilə bağlı fəaliyyətə başlasınlar”.
Gülşən RAUFQIZI