Bakı Dövlət Universitetinin 95 illik yubileyi münasibətilə nəfis tərtibatda işıq üzü görmüş “Bakı Dövlət Universitetinin professorları” adlı kitabın ingilis və rus dillərində olan versiyası çapdan çıxıb.
Modern.az-ın məlumatına görə, layihə rəhbəri akademik Abel Məhərrəmov, redaksiya heyəti BDU-nun prorektor və dekanlarından ibarət olan kitabın buraxılışına məsul Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovadır.
Qeyd edək ki, kitabda bütün tarixi ərzində BDU-da çalışmış professorlar haqqında ensiklopedik məlumatlar toplanıb. Bununla oxuculara universitetin tarixi onu yaradanların simasında təqdim edilib.
Modern.az