Modern.az

Rəsulzadə haqqında yeni kitab nəşr olundu - FOTO

Rəsulzadə haqqında yeni kitab nəşr olundu - FOTO

31 Yanvar 2022, 13:43

“I Beynәlxalq Rәsulzadә Qiraәtlәri. Mәhәmmәd Əmin Rәsulzadәnin irsi Müstәqilik, Demokratiya vә Dövlәtçilik dәyәrlәri sistemindә” kitabının tәqdimat mәrasimi keçirilib.

 

Modern.az xəbər verir ki, kitab tarix elmlәri doktoru, professor Solmaz Rüstәmova -Tohidinin redaktorluğu ilә nәşrә hazırlanıb vә “Rәsulzadә ev muzeyi” İctimai Qrupu tәrәfindәn nәşr edilib.

 

Kitab Cümhuriyyәt xadimlәrinin irsinin xarici ölkәlәrdәn Azәrbaycana gәtirilmәsi, tanıdılması vә tәdqiqindә misilsiz xidmәtlәri olmuş, bu günlәrdә dünyasını dәyişmiş görkәmli diplomat vә ictimai xadim Ramiz Abutalıbovun işıqlı xatirәsinә hәsr olunub.

 

Kitabda “Beynәlxalq Rәsulzadә Qiraәtlәri. M.Ə.Rәsulzadә irsi Demokratiya, Müstәqillik vә Dövlәtçilik dәyәrlәri sistemindә” adı altında iki ildәn bir keçirilmәsi nәzәrdә tutulan beynәlxalq konfranslar silsilәsindәn 2020-2022-ci illәri әhatә edәn “I Beynәlxalq Rәsulzadә Qiraәtlәri”nin materialları toplanıb. 11 ölkәdәn 40 nәfәr alim vә tәdqiqatçının 4 dildә elmi vә publisistik mәqalәlәrindәn, elәcә dә sәnәd tәqdimatı-araşdırmalarından ibarәt olan kitabın 5 bölümündә M.Ə.Rәsulzadәnin ictimai, siyasi vә dövlәt xadimi kimi fәaliyyәti, milli modern dövlәt quruculuğu konsepsiyası, Azәrbaycançılıq ideologiyası, Demokratiya, Azad Cәmiyyәt, Vәtәndaşlıq, İnsan haqları anlayışları, Qafqaz birliyi, Türk birliyi vә d. mәsәlәlәrә dair ideoloji, siyasi, ictimai, dini baxışları, İran, Türkiyә, Ukrayna vә Avropa ölkәlәrindә siyasi-ictimai hadisәlәrә münasibәti vә d. mәsәlәlәr araşdırılır, Azәrbaycan dili, әdәbiyyatına dair fikirlәri, Nizami Gәncәvi haqqında әsәri, mәdәni irs, millәt, dövlәt vә mәdәniyyәt anlayışlarına kulturoloji baxışları tәdqiq olunur.

 

Kitabda hәmçinin Rәsulzadәnin şәxsiyyәtinin, hәyat yolunun, ailә münasibәtlәrinin vә yaradıcılığının müasir dövr Azәrbaycan Cәmiyyәti üçün bir dәyәr olaraq qiymәtlәndirilmәsinә dair elmi-publisistik mәqalәlәr, müxtәlif dövrlәrdә hәyatı vә siyasi fәaliyyәtinә aid az mәlum olan, yaxud yeni aşkar edilmiş sәnәdlәrin surәtlәri tәdqiqatcıların şәrhlәri vә ayrıca mәtnlәri ilә birlikdә tәqdim olunur, M.Ə.Rәsulzadәnin mühacirәt dövrü Türkiyә vә Almaniya nәşr etdirdiyi kitab vә jurnalların orijinal nüsxәlәrinin fotoları nümayiş etdirilir.

Kitab XX әsr Azәrbaycan tarixinin vә M.Ə.Rәsulzadә irsinin tarixi, siyasi, fәlsәfi, hüquqi, elәcә dә dil, әdәbiyyat, mәdәniyyәt, publisistika baxımından öyrәnilmәsinә vә araşdırılmasına maraq göstәrәn geniş oxucu dairәsi üçün nәzәrdә tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu