Modern.az

Əhməd Cavadla bağlı təkliflər verildi

Əhməd Cavadla bağlı təkliflər verildi

22 Aprel 2022, 12:54

Jurnalist, Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli görkəmli sair Əhməd Cavadla bağlı təkliflər verib.
 

Modern.az-ın məlumatına görə, P.Həşimli bildirib ki, Azərbaycan Prezidentinin himnimizin müəllifi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalaması bu böyük şəxsiyyətə dövlətin ehtiramını ifadə edir.
 

“Bilməyənlər üçün xatırladım ki, bu günə kimi Türkiyə Cümhuriyyəti Əhməd Cavada daha çox böyük diqqət göstərib. Demək olar ki, onun əksər əsərləri nazirliklərin sifarişi ilə TRT tərəfindən səhnələşdirilib. Eyni addımları Azərbaycan hökumətindən də gözləyirik”,-deyə o qeyd edib.

Jurnalist istiqlal şairi ilə bağlı bir sıra təkliflər də səsləndirib:

“- Buta qəsəbəsindən çıxarılmış nəşinin qalıqlarının dövlət mərasimilə torpağa verilməsi;

- Bakı şəhərində prospektlərdən birinə (misal üçün Mətbuat prospektinə) Əhməd Cavadın adının verilməsi;

- Bakı və Gəncə şəhərlərində heykəlinin ucaldılması;

- Seyfəli kəndində ev-muzeyinin yaradılması;

- Tanınmış yazıçılardan birinə Əhməd Cavad və həyat yoldaşı Şükriyyə xanım haqqında sənədli romanın yazılmasını sifariş etmək;

- Şeirlərinə bəstələr yazılmasını sifariş etmək;

- Bədii filmin istehsalını sifariş etmək və s.”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir