Modern.az

Yazı tarixinin dönüş nöqtəsi: Türkiyənin berqama kağızları

Yazı tarixinin dönüş nöqtəsi: Türkiyənin “berqama kağızları”

Ədəbi̇yyat

8 May 2022, 13:47

Möhkəm kağız növü olan perqamentin Berqamada icad edildiyini bilirsinizmi? Hələ bir neçə min il bundan əvvəl dəriyə yazı yazmağı kəşf edənlər Berqama Krallığında papirüsdan sonra daha rahat bir kağız icad ediblər. Ona perqament, yəni “Berqama kağızı" adını veriblər.

 

Modern.az xəbər verir ki, adıçəkilən "kağızın" vətəni məhz qardaş Türkiyədir.

 

Belə ki, eramızdan əvvəl ikinci əsrdə Misir hökuməti papirüs ixracatını qadağan edib. Bundan sonra məlumatların qorunması və kitab sayının artırılmasına əhəmiyyət verən Berqama Krallığı papirüsa alternativ bir yazı maddəsi tapılmasını tapşırıb.

 

Dövrün alimləri və ədəbiyyatçıları sardesli Krates və İrodikos krala qurudulmuş keçi və oğlaq dərisi üzərində yazı gətiriblər.

 

Berqama və İskəndəriyyə kitabxanaları arasında ən çox kitaba sahibolma mübarizəsi də elə bu dövrdən - perqamentin icadından sonra başlayıb.

 

Ellenistik dövrdə perqament ilk dəfə Berqamada ortaya çıxdığı üçün bütün dillərdəki perqament sözü də adını bu şəhərdən alıb. Perqament yazı tarixi üçün dönüş nöqtəsi və mədəni inkişafın başlıca addımlarından biri olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü