Modern.az

Əkbər Qoşalıya Beynəlxalq Türk Akademiyasının \"Gümüş medal\"ı verildi

Əkbər Qoşalıya Beynəlxalq Türk Akademiyasının \

28 May 2022, 17:40

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, araşdırmaçı-yazar Əkbər Qoşalı Beynəlxalq Türk Akademiyasının "Gümüş medal"ı ilə təltif olunub.

Modern.az xəbər verir ki, medal bu gün I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Bakı Dövlət Universitetində keçirilən bağlanış mərasimində, Akademiyanın vitse prezidenti Dr. Füzuli Məcidli tərəfindən təqdim edilib.

Ə.Qoşalı bu medala qardaş xalqlar arasında elmi-mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə layiq görülüb.

Qeyd edək ki, ötən ay Özbəkistan Yazıçılar Birliyinin fəxri, Türk Ədəbiyyatı Vəqfinin isə şərəf üzvü seçilən
Azərbaycanlı yazar bundan öncəki illərdə digər ortaq türk qurumu TÜRKSOYun, eləcə də Qazaxıstanın, Qırğız Respublikasının medallarına, habelə Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatına layiq görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir