Modern.az

Ədəbi tənqidin QURBANINA...

Ədəbi tənqidin QURBANINA...

Ədəbi̇yyat

31 May 2022, 16:24

Söhbət ədəbi tənqidimizin ustadından gedir...


Əzizim, Qurban Bayramov , sən görkəmli ədəbiyyatşünas tənqidçisən...


Sənin ədəbi tənqidimizdə klassik ənənənin ən üstün yaşadıcılarından birisən...


Artıq ədəbi tənqidin yaşarı dəyərlərinə əsaslanan məktəbini yaratmısan...


İllər keçsə də, sözün tükənmir...


Davamlı olaraq yaratdığın örnəklərlə mühitimizi zənginləşdirir, yaşdan qorxanları heyrətdə qoymaqda davam edirsən...


Müasir ədəbi mühiti canlı olaraq sənin qədər izləyən az müəllif var... Bu azlar sırasında Vaqif Yusiflini unutmaq qətiyyən olmaz...


Mən sizdən yorulmazlığın sirlərini öyrənmişəm...


Ancaq sizin hər biriniz tükənməyən intellekt bazanızla çox irəlidəsiniz...


Bu gün səndən danışıram, Qurban qağa...


Açığı yaş ötdükcə qaynar dostluq münasibətləri bizdən uzaqlaşır...


Yaddaş isə bizdən ayrılmır...


Xüsusilə sənin yaddaş gücün çox inadla təbiətini qoruyur... Bu keyfiyyətlər xarakter fenomenidir... Qaynar yaradıcılıq eşqini qoruyan, yaşadan, bu gün də əməli fəaliyyətə çevirən Qurban Bayramov fenomenidir...


Təbiətindəki şuxluq, uşaq şirinliyi ilə görünən cığallıq göstərir ki, sən zamanla mövqe doyüşlərini uğurla aparırsan...


Mən sənin əsərlərini elmi təəssüratdan çox, bədii estetik dəyər kimi oxuyuram…


Səni ədəbi tənqidini məktəb səviyyəsinə qaldıran da bu özünə xaslıqdır...


Sənin qələminə düşən əsər taleyindən arxayın ola bilər…


Bəli, bu baxımdan sən özün də sözün xoşbəxtlik qara çuxasısan, qağa, tanrı səni qorusun....


Sənin ad gününü təbrik edirəm... təəssüf edirəm ki, sənin ad gününü adına layiq qeyd edə bilmirik...


Gün olar hər şey qaydaya düşər...


Bircə sağlığını qoru... Səhiyyə sarıdan mən nikbin deyiləm...


Sözümüzün QURBANI... Sənə qurban, yaz, yarat...


Ustadın necə deyib... “Dünyada qalacaq yalnız yaradan!..”.


Əli Rza Xələfli, “Kredo” qəzetinin baş redaktoru,
“Qabaqcıl maarif xadimi”, “Qızıl qələm”, “Məmməd Araz”ali ədəbi”,
“Beynəlxalq Rəsul Rza”,  “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat”
mükafatları laueratı.
30 may 2022.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır