Modern.az

Vətən müharibəsi ilə bağlı müsabiqə elan olundu - 10 min manat mükafat

Vətən müharibəsi ilə bağlı müsabiqə elan olundu - 10 min manat mükafat

21 İyun 2022, 10:52

Mədəniyyət Nazirliyi Vətən müharibəsindəki tarixi zəfərə ithaf olunan ədəbi müsabiqə elan edib.

Modern.az-ın məlumatına görə, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycanın hərb salnaməsinə və dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış “Dəmir yumruq” əməliyyatı nəticəsində qazanılmış şanlı qələbinin gələcək nəsillər üçün bədii mətnlər vasitəsilə əbədiləşdirilməsi, Vətən müharibəsindəki böyük zəfərin bədiiləşdirilməsi və İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının obrazlaşdırılması və dünya ictimaiyyətini ədəbi əsərlər vasitəsilə məlumatlandırılmasıdır.

“Əsərlərdə Vətən müharibəsinin təsviri, 44 gün ərzində hərb meydanında, arxa cəbhədə, beynəlxalq arenada yaşanan proseslərin əks etdirilməsi arzuolunandır”,-deyə nazirlik bəyan edib.

Müsabiqə 3 ədəbi janr üzrə keçirilir:

- roman;
- dram;
- mənzum hekayə.


Müsabiqənin şərtlərinə görə, yalnız peşəkar yaradıcı şəxslər (tanınmış imza sahibləri) iştirak edə bilərlər.

Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.

Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

Hər ədəbi janr üzrə bir qalib elan olunacaq.


Müsabiqənin mükafat fondu  aşağıdakı kimi olacaq:

- roman janrı üzrə - 10 000 min manat pul mükafatı və Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif;

- dram janrı üzrə - 5 000 manat pul mükafatı və müsabiqənin fəxri diplomu ilə təltif:

- mənzum hekayə janrı üzrə - 5 000 manat pul mükafatı və Nazirliyin fəxri fərmanı ilə təltif.

Qalib roman 1000 tirajla çap olunacaq və ingilis dilinə tərcümə ediləcək. Eyni zamanda nəşrin 300 nüsxəsi müəllifə hədiyyə ediləcək və hədiyyə nüsxələrin respublika üzrə satışı təşkil ediləcək.

Qalib dram əsərinin tamaşası hazırlanacaq və nümayiş etdiriləcək.

Ən yaxşı mənzum hekayələr toplu şəklində çap olunacaq


Müsabiqəyə təqdim olunan bütün əsərlər və müəlliflər şifrələnəcək. Əsərlərin qiymətləndirilməsi iki mərhələdən keçəcək. Əsərlər Ekspertlər Şurası və Komissiya üzvləri tərəfindən oxunacaq, onların mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılacaq.

Ekspertlər Şurası tərəfindən ən yaxşı əsərlərin qısa siyahısı tərtib olunub Komissiyaya təqdim ediləcək.

Ekspertlərin müəyyən edəcəyi qısa siyahı Komissiyaya təqdim olunmaqla yanaşı, ictimai müzakirəyə çıxarılacaq. Hər janr üzrə qısa siyahı 5 əsərdən ibarət olacaq.

Müsabiqəyə romanların qəbulu 30 dekabr 2022-ci il tarixində sona çatacaq.

Dram əsərlərinin qəbulu 30 noyabr 2022-ci il tarixində, mənzum hekayələrin qəbulu 30 oktyabr 2022-ci il tarixində yekunlaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü