Modern.az

Şeirin baxış bucağı - Osman Fərmanoğlu haqda qeydlər

Şeirin baxış bucağı - Osman Fərmanoğlu haqda qeydlər

Ədəbi̇yyat

19 İyul 2022, 12:12

Həyatın duyğu analizidir şeir.
Həyatın könül yorumudur şeir.
Qəlbin atəşidir şeir.
Mənəvi zənginlikdir şeir... Ruhun həyat təntənəsidir şeir...
Həyatını şeirə qurban edənlər var...
Şeirlə oturub, şeirlə ayağa duranlar var.
Şeirləri ilə sənət aləminə Gözəllik qatanlar var.
Şeirləşə -şeirləşə ömrünün yuxusuz gecələrində qalanlar var...
Osman Fərmanoğlu poeziyasını eninə - boyuna incələdikdə həyatın bütün irili xırdalı duyğularını şeirə gətirdiyini görür oxucu...
Duyğularını sıralaya-sıralaya şeirdə həyatın məna incəliklərini tapır oxucu. Duymaz olur için-için həyatın dərdlərini özündə oxucu.
Şairlə addımlayır sətir-sətir oxucu..

Yollar dolanbacdı, əyri -üyrüdü,
Yenilik axtaran,- boyata gəlməz.
Yelinə uçduğun xırman yeridir,-
Sərçəsi gizlənər sayada gəlməz..

Şeir həyatın bəzən həqiqəti kimi, bəzən həyatın gizli niyyəti kimi, bəzən səmimiyyəti kimi, bəzən ülviyyəti kimi, bəzən cinayəti törədənlərin etirafı kimi ortaya çıxır. Öz ruhu ilə bütövləşdirir fikir və düşüncənin seruvenini şeir...

Sehirə bax: ,-Sim içində,
İpəkqurdu:,- Küm içində,
Ömür də ,tilsim içində
Keçir sirlənə-sirlənə.

Hər gəlməzə daş atırıq,
Quru yoxsa, yaş atırıq.
Yalan-palan ,-Baş qatırıq.
Döşdə girlənə-girlənə.

Ya Alim ol, ya da Oğru,
Eşələmə sönən qoru.
Gedir cəhənnəmə doğru
Ömür kirlənə-kirlənə.

Osman Fərmanoğlu poeziyasını təhlil etmək, onu incələmək üçün təhlilçi heç bir çətinliyə düşmür.

Şairin zəngin fikir, söz dünyasını öz yaradıcı təxəyyülü ilə gözdən keçirmək lazımdır.

Paşam,-Mən də, qan-qadayam,
Bəndə yoxdu, çəkə məni.
Qurban getməyə, adayam,
Eylə yeddi tikə məni!

Hər bir şairin öz yaradıcılıq palitrası,söz oyunu, sənət və həyata baxışı var.
Osman Fərmanoğlu lirikası həyatın məntiqi cəhətdən mükəmməl ideyalarla yüklənmiş həyat lirikasıdır.
Şairin özəl ifadə tərzi ,söz oyunu , möhtəşəm məslək yolu vardır. Osman bəyin lirikasındakı şeiriyyət həyatın dərdlərini özündə barındıran , gözəlliyi ilə ruhu oxşayan həyat sevgisinin lirikası kimi dəyərlidir.

Dost bildiyim adamların,
Nazında qaldırm, Ay Paşam!
Qışından birtəhər keçdim,
Yazında qaldım, Ay Paşam!

Bilib-bilmədən şərtini,
Göz üstdə tutdum xətrini,
Çoxunun çəkdim dərdini,
Azında qaldım , Ay Paşam!

O.Fərmanoğlu şeirlərinin sadə dildə desək, ilhamla yazdıqları irili-xırdalı şerlərinin fikir aracı kimi ən çox işlətdiyi sözlərdən biri "Paşam" sözüdür.
Bu ilham və söz açarı Osman bəyin lirikasında təkrarçılığa yox ,fikrin oxucuya yansıdılmasına xidmət edir ancaq.

Osman,- Yetən ipi kəsir,
Dost itkisi:,-Can itkisi.
Şükür vardır, bir-ikisi,
Sözündə qaldım ,Ay Paşam!

Sənət dünyası, həyatın açıq qapı dünyasıdır.
Sənət dünyası, həyatın Sözlü, özlü ilham dünyasıdır.
Sənət dünyası, həyatın fikir düşüncə dünyasıdır.
Sənət dünyası, həyatın dərdli -qəmli dünyasıdır.
Sənət dünyası, gözəllərin qəlbinin dolaşdığı sevgi dünyasıdır.
Sənət dünyasını, keçmişi antikvar, bü günü gileyli gözardı, sabahı Sübhün işıqları ilə acılan qayğılı, nisgillərin gedərgi olduğu Ümidlər dünyasıdır.
Osman Fərmanoğlu poeziyasını hər bir insanın daxili dünyasının təzahür forması olduğu sənət dünyası kimi öz ruhu ilə düşünmək lazımdır.
Şairin qəlbinin odundan yaranan hər bir əsərin könüldən yazılmış həyati-fəlsəfi yüklü olduğunu görür oxucu.
Həm də həyati-mənəvi dəyərlərimizin keşiyində duran əsərlərlə zamanın ruhunu Söz boyasının rəngləri ilə rəngləməkdədir Şair

Sözün sehrini görür oxucu.
Dağların vüqarını görür oxucu.
Sevginin vüsalını görür oxucu.
Həyat həqiqətlərini, sərtliyi görür oxucu.

O.Fərmanoğlu şeirlərinin populyarlığı, şairin poeziya dünyasının zənginliyini və saflığını Zamanın Söz yaddaşına həkk etdirib.

Paşam, çox çətindir, Sözün bitməsi,
Dillər istəkləri tuş uçurtmurlar...
Köhnə nağıllara ağlın getməsin.
Daha Şah seçəndə quş uçutmurlar.

Hər bir Şairin söz oyunu ,onu həyat məramnaməsi kimi öz ruhunu ifadə edir.
O.Fərmanoğlu özünün Sənət və vicdan notunu layiqincə ayaqda tutan şairlərdəndir.
Şairin poeziyası həyati təcrübədən alnıaçıq çıxan poeziyadır.
Şairin Söz dünyasında öz yeri var.
Şairin sözünün etimolojisində hikmət var.
Şairə bol-bol yaradıcılıq uğurları arzulayıram qəlbən.


Hörmətlə: müəllim-filoloq, Nəsib Abid,
17 iyul 2022-ci il.
Bakı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı