Modern.az

Bəxtiyar Vahabzadənin doğum günüdür

Bəxtiyar Vahabzadənin doğum günüdür

Ədəbi̇yyat

16 Avqust 2022, 09:26

Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadənin doğum günüdür.


Modern.az-ın məlumatına görə, Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəkidə anadan olub.

 

1959-cu ildə yazdığı tarixi “Gülüstan” poeması şairə məşhurluq gətirib. Zəngin yaradıcılığı boyunca 20-dək poema, 10 dram əsəri yazıb.

 

Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. 


Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü