Modern.az

“Şeytan ayələri” yenidən bestseller oldu

“Şeytan ayələri” yenidən bestseller oldu

17 Avqust 2022, 08:50

Məşhur yazıçı Salman Rüşdinin “Şeytan ayələri” (The Satanic Verses) kitabı “Amazon"un bestsellerlər siyahısına düşüb.

 

Modern.az xəbər verir ki, Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qaldıqdan sonra 1988-ci ildə yazdığı “Şeytan ayələri” yenidən populyarlaşıb.

 

Əsər “Amazon”un ən çox satılan 100 kitab arasında 27-ci sıradadır.

 

Xatırladaq ki, Nyu-Yorkda yaşayan Salman Rüşdi avqustun 12-də Chautauqua İnstitutunda mühazirə oxumaq üçün kürsüyə çıxarkən bıçaqlı hücuma məruz qalıb. Biri boyun nahiyəsindən olmaqla 10-dan çox bıçaq yarası alan Rüşdi helikopterlə xəstəxanaya aparılıb və əməliyyat olunub.

 

Yazıçının 1989-cu ildə qələmə aldığı "Şeytan ayələri" kitabı satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş, hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

 

Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları yer alıb. Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı