Modern.az

Azərbaycanlı alimin kitabı Türkiyədə nəşr edilib

Azərbaycanlı alimin kitabı Türkiyədə nəşr edilib

Ədəbi̇yyat

22 Avqust 2022, 13:18

Azərbaycanlı gənc alim, Ankara Universitetində Beynəlxalq Hüquq üzrə fəlsəfə doktorluğu elmi işini müdafiə edərək "Hüquq elmləri üzrə Fəlsəfə Doktoru" elmi adını alan Təbriz Raufoğlunun monoqrafiyası Türkiyənin tanınmış hüquq nəşriyyatlarından olan Ədalət Nəşriyyatı tərəfindən nəşr edilib.

 

"Hüquqi yönləri ilə Kiberməkanda Yurisdiksiya Problemi" adı ilə çap edilən əsər internetin beynəlxalq hüquqi statusu, Kiberməkanda meydana gələn ictimai münasibətlərin Yuridiksiya aidiyyatı kimi mövzulardan bəhs etməkdədir.

 

Qeyd edək ki, Kitab yazarın müdafiə etdiyi dissertasiya əsasında hazırlanmışdır. Dissertasiya Ankara Universiteti Hüquq fakültəsinin Beynəlxalq Hüquq kafedrasının müdiri, Prof.Dr. Serap Telli Akipek, kafedranın müəllimi, Prof. Dr. Cavid Abdullahzadə, Ufuk Universitetinin rektoru, beynəlxalq hüquq üzrə tanınmış alim, Prof.Dr. Sertaç Hami Başeren, Ankara Üniversiteti Siyasi Elmlər Fakültəsinin Dövlətlər Hüququ kafedrasının müdiri, Prof.Dr. Funda Keskin Ata ve Ankara Hacı Bayram Veli Universiteti Hüquq Fakültəsinin Beynəlxalq Hüquq kafedrasının müdiri, Dos. Dr. Ali İbrahim Akkutaydan ibarət jüri qarşısında müdafiə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır