Modern.az

Yazıçılar Birliyində Anar dövrü bitir? - AÇIQLAMA

Yazıçılar Birliyində Anar dövrü bitir? - AÇIQLAMA

24 Avqust 2022, 11:10

Azərbaycan Yazıçılar Birliyi (AYB) növbəti qurultaya hazırlaşır. Sentyabrın 30-na planlaşdırılan qurultayda AYB-nin sədr postuna yeni seçki də keçiriləcək. Hələ ki AYB-də tufanqabağı sakitlik hökm sürür. AYB üzvlərinin çoxları Anarın sədr vəzifəsində qalacağını düşündüyündən qurultay barədə hansısa mülahizə irəli sürməkdə maraqlı deyil. 

Amma ​​​​sədrin dəişməsini istəyənlər də var. Hətta bəziləri seçkidə AYB rəhbərliyinin dəyişəcəyinə inanır.

Bu arada belə fikirlər dolaşır ki, sentyabr qurultayında Yazıçılar Birliyinin başına daha gənc rəhbər seçiləcək.


AYB-nin mətbuat katibi Xəyal Rza isə Modern.az-a bildirib ki, qurultayda əksəriyyət hazırkı sədr Anarı dəstəkləyəcək:
 

“Məsələ burasındadır ki, Anar müəllim müsahibələrində yenidən namizədliyini irəli sürəcəyini bildirib. Belə olan halda, təbii ki, böyük əksəriyyət Anar müəllimin namizədliyini dəstəkləyəcək”.
 

“Ancaq alternativ namizəd olmaq da qadağan edilməyib. Kim Anar müəllimə qarşı risk etmək istəsə, namizədliyini irəli sürə bilər. Hələ ki Anar müəllimdən başqa namizədliyini irəli sürən yoxdur”,-deyə X.Rza vurğulayıb.


Yazıçı Rasim Qaraca bildirib ki, ideya olaraq Yazıçılar Birliyi köhnəlib, rəhbərliyin dəyişməsi ilə ədəbi prosesdə yaxşılığa doğru heç nə dəyişməyəcək:


“Ümumən Azərbaycan yazıçısı öz humanist sifətini çoxdan itirib, buna görə də hətta demokratik bir Yazıçılar Birliyi modeli tətbiq edilsə belə, bunun ədəbiyyatımızın inkişafına səbəb olacağını düşünmək sadəlövhlükdür, bataqlığın təmizlənməsinə hələ onillər lazım olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır