Modern.az

Bakıda keçiriləcək Milli Kitab Sərgisinin tarixi məlum oldu

Bakıda keçiriləcək Milli Kitab Sərgisinin tarixi məlum oldu

Ədəbi̇yyat

9 Sentyabr 2022, 14:01

24 sentyabr - 1 oktyabr tarixləri arasında Bakıda növbəti Milli Kitab Sərgisi keçiriləcək.

Modern.az-ın məlumatına görə, bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu bildirib.

O, sərginin yenə də Bakı İdman Sarayında keçiriləcəyini söyləyib.

“Bu dəfə daha möhtəşəm bir sərgi görəcəksiniz, bir-birindən maraqlı görüşlər, kitab müzakirələri, kitab imzaları, kitab oxu saatları, konsert proqramları, sənət adamları ilə görüşlər, imza saatları və s.”.

Ş.Xuduoğlunun sözlərinə görə, budəfəki sərgidə çox böyük endirimlər olacaq.

“Endirimlər 30%-dən başlayacaq. Bütün axtardığınız kitabları məhz Milli Kitab Sərgisində tapacaqsınız; köhnə, yeni, hər növ janrda və hər kəs üçün; uşaq, böyük, məktəbli, tələbə... Milli Kitab Sərgisinə hazırlıq artıq başlayıb”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi