Modern.az

Behrudinin imza günü keçirildi - FOTO 

Behrudinin imza günü keçirildi - FOTO 

Ədəbi̇yyat

11 Sentyabr 2022, 11:04

Sentyabrın 10-da Yunis Əmrə İnsitutu Bakı Türk Mədəniyyət Mərkəzində müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan şair Rüstəm Behrudinin "Məzarlıqda bitən yovşan" və "Qızıl alma" adlı şeir kitablarının təqdimatı və imza günü keçirilib.

 

Modern.az xəbər verir ki, tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu açıb. O Rüstəm Behrudinin yaradıcılıq yolundan, redaktoru və tərtibçisi olduğu "Məzarlıqda bitən yovşan" kitabındakı şeirlərin bədii məziyyətindən bəhs edən nitq söyləyib.

 

Təqdimat mərasimində Bakı Slavyan Universitetin prorektoru, dosent Xanım Sultanova, "Qızıl alma" kitabının redaktoru, "Məzarlıqda bitən yovşan" kitabının ön söz müəllifi, Prezident təqaüdçüsü, şair Tural Turan müəllifin türkdilli poeziyadakı xidmətlərindən, onun yaradıcılığındakı Turançılıq məfkurəsi ilə bəşəri ideyaların, elementlərin qarşılaşmasından və sənət şəklində boy göstərməsindən əhatəli tərzdə söz açıb, fikirlərini bölüşüb.

 

Eləcə də şair Əlisəmid Kür, yazıçı Kənan Hacı, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, gənc yazarlardan Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü Fuad Cəfərli, Cavid Fərzəli və tədbirdə iştirak edən digər ədəbiyyat adamları, ictimai şəxslər çıxış edib, müəllif haqqında düşüncələrini sərgiləyib.

 

Rüstəm Behrudi təqdimatda öz şeirlərini səsləndirib, tədbir iştirakçılarına təşəkkürünü bildirib.

 

Mərasim şairin kitabları imzalaması ilə başa çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir