Arxiv
14 Sentyabr 2022, 17:54 | ƏDƏBİYYAT
Erməni alim Dərələyəzlə bağlı etiraf edib - Araşdırma
Erməni alim Dərələyəzlə bağlı etiraf edib - Araşdırma

Ermənistan SSR Elmlər Akademiyasının Coğrafiya  bölməsində V.Q.Zubeytyan adlı erməni tədqiqatçı 1947-ci ildə İrəvanda “Dərələyəz (iqtisadi-coğrafi xarakteristika təcrübəsi)” adlı namizədlik dissertasiyası müdafiə edib. Bu dissertasiya təbii ki erməni maraqlarına uyğun yazılsa da, orada reallığı əks etdirən bəzi maraqlı məqamlar da var. Xüsusilə də “Xalq Təsərrüfatının Sosialistcəsinə yenidən qurulması” adlı fəslin “Əhali və onun yerləşməsi” adlı ilk paraqrafında (s.52-54) belə etiraflar yer alıb:


“Ermənistanın digər rayonları kimi Dərələyəz əhalisi də keçmişdə milli tərkibinə, yaşayış məntəqələrinin və iqtisadiyyatının xarakterinə görə köklü dəyişikliklərə məruz qalmışdır. Milli tərkib və digər əlamətlər üzrə bu dəyişiklik son 100 ildə də müşahidə edilir... 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqaviləsinə görə ruslar tərəfindən İrana (Qacarlar dövlətinə - E.N.) və Türkiyəyə (Osmanlı imperiyasına – E.N.) və əks istiqamətdə əhalinin məskunlaşdırılması nəzərdə tutulurdu, bununla əlaqədar Azərbaycan əhalisinin böyük hissəsi Dərələyəzdən Arazın digər sahilinə İrana məskunlaşdırıldı, Xoy, Salmas və Urmiya gölü hövzəsində yaşayan erməni əhalisi isə Araz çayının sol sahilinə məskunlaşdırıldı və azərbaycanlı əhalinin boşaltdığı məskənləri tutdu. Dərələyəzdə Türkiyənin Ağbək əyalətindən də ermənilər məskunlaşdırıldı. Türkiyə və İrandan erməni əhalisinin məskunlaşması 1-ci imperialist müharibə vaxtı və Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da davam etdi... 1831-ci ildə əhalinin ümumi sayı 6728 nəfər idi, onun da 3268 nəfəri erməni idi, onlardan 2773 nəfəri, yəni 85%-i sonradan köçənlərdir”.
 

Müəllif tərəfindən tərtib edilən xüsusi cədvəldə aparılan məskunlaşdırılma siyasəti nəticəsində Dərələyəz əhalisinin etnik tərkibinin necə dəyişməsi 1831, 1897, 1926, 1939-cu illər üzrə rəqəmlə, 1897, 1926, 1931 və 1939-cu illər üzrə isə faizlə göstərilir. Həmin cədvəldən məlum olur ki, ermənilərin tarixi Azərbaycan torpaqlarında, o cümlədən də Dərələyəzdə məskunlaşdırılmalarına və azərbaycanlıların öz ata-baba yurdlarından sürgün edilmələrinə baxmayaraq 1897-ci ildə əhalinin 62 faizini azərbaycanlılar, 37,9  faizini isə ermənilər təşkil edirdi. Erməni əhalinin də əksəriyyətini məhz gəlmələr təşkil edirdi. SSRİ hökuməti qurulduqdan sonra bu nisbət ermənilərin xeyrinə daha da dəyişdirilmişdir. Belə ki, erməni müəllifi yazır ki, artıq 1939-cu ildə əhalinin 66,8 faizini ermənilər, 32,8 faizini isə azərbaycanlılar təşkil edirdi.

 

Elnur Nəciyev,
Tarix üzrə fəlsəfə doktoru

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Elnur Məmmədli təltif olundu - SƏRƏNCAM 14:28, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Jurnlistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı 13:16, Bu gün Bakıda məktəbəhazırlıq qruplarında oxuyan şagirdlərin SAYI 13:12, Bu gün Əfsanəvi aktrisa haqqında serial çəkiləcək 13:08, Bu gün Sabah 32 dərəcə İSTİ olacaq 13:04, Bu gün Azərbaycanın dünyada nüfuzu daha da güclənir 13:00, Bu gün Kadırov 3 oğlunu müharibəyə GÖNDƏRİR 12:56, Bu gün “Oskar” mükafatından imtina edən aktrisa ÖLDÜ 12:52, Bu gün Rusiyada əcnəbilərin hərbi xidmətə götürülməsi üçün məntəqələr açıldı 12:48, Bu gün Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI 12:44, Bu gün Ombudsmandan hərbçilərin videosu ilə bağlı ÇAĞIRIŞ 12:40, Bu gün Maqnit qasırğası davam edəcək 12:36, Bu gün Keçmiş naminə gələcəyi qurban vermək... 12:32, Bu gün Şəhid Elmin Mirzəyevin xatirəsi anılıb - FOTOLAR 12:28, Bu gün "Azercell" Azərbaycanda ilk dəfə yeni rəqəmsal tarif təqdim edib 12:24, Bu gün Tehranda ara qarışdı, dərslər dayandırıldı 12:20, Bu gün “Sakura və Xarıbülbül” - Azərbaycanlı jurnalistin məqaləsi yapon mətbuatında... 12:16, Bu gün Instagram hesabını qorumağın yolları 12:12, Bu gün Vətən müharibəsində azad edilən ilk şəhərimiz 12:08, Bu gün Ərdoğan Azərbaycana GƏLƏCƏK 12:04, Bu gün Prezident Arkadi Dvorkoviçi qəbul edib 12:00, Bu gün Avropa İttifaqı İrana qarşı yeni sanksiyalara hazırlaşır 11:56, Bu gün