Modern.az

Dünyanın ən çox səhifəli kitabı - bütün nüsxələri satıldı

Dünyanın ən çox səhifəli kitabı - bütün nüsxələri satıldı

Ədəbi̇yyat

23 Sentyabr 2022, 10:03

Dünyanın ən çox səhifəli kitabı "One Piece" (“Bir Parça”) bir cilddə nəşr olunub.

 

Modern.az xəbər verir ki, naşir İlan Manouaş 21 min 450 səhifəlik əsərə kitab kimi deyil, “heykəltəraşlıq materialı” kimi yanaşdığını bildirib.

 

Kitabın müəllifi Eiiçiro Odadır.

 

Qeyd edək ki, 50 nüsxə ilə buraxılan məhdud tirajlı kitabın satışı bitib. Sentyabrın 7-də satışa buraxıldıqdan bir neçə gün sonra kitabın bütün nüsxələri satılıb.

 

Kitabın müəllifi olan 47 yaşlı Eiiçiro Odanın sərvəti təqribən 200 milyon dollardır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi