Modern.az

AYB-nin qurultayının dəqiq tarixi gələn həftə bilinəcək

AYB-nin qurultayının dəqiq tarixi gələn həftə bilinəcək

Ədəbi̇yyat

3 Oktyabr 2022, 18:34

Oktyabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının dəqiq tarixi, oktyabrın 22-də isə qurultay nümayəndələrinin siyahısı elan olunacaq.

 

Bu barədə Modern.az-a AYB-nin mətbuat xidmətindən məlumat verilib.

 

Biıdirilib ki, bu gün Azərbaycan Yazıçılar Birliyində katibliyin növbəti toplantısı keçirilib. Toplantı qurultayqabağı hazırlıq işlərinin müzakirəsinə həsr edilib.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə bağlı təkliflərini səsləndirib.

 

O, təklif edib ki, bu münasibətlə Yazıçılar Birliyi tərəfindən iki kitab hazırlansın. Sonra AYB sədri Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidi Azərbaycan Mətbuat Şurasına sədr seçilməsi münasibətilə toplantı iştirakçıları adından təbrik edib. Bildirib ki, Rəşad Məcid eyni zamanda Yazıçılar Birliyindəki vəzifəsini də icra edəcək.

 

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayına hazırlıq məsələlərilə bağlı müzakirələr davam etdirilib, dəvət ediləcək yerli və xarici qonaqlaırın siyahısı müzakirə edilib. Qərara alınıb ki, oktyabrın 15-də qurultayın dəqiq tarixi, oktyabrın 22-də isə qurultay nümayəndələrinin siyahısı “Ədəbiyyat qəzeti”ndə çap edilsin.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü