Yazıçılar Birliyinin qurultayının vaxtı və yeri AÇIQLANDI

Yazıçılar Birliyinin qurultayının vaxtı və yeri AÇIQLANDI

Ədəbi̇yyat

13 Oktyabr 2022, 15:20

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı 26 oktyabr saat 10-da öz işinə başlayacaq.

 

Bu barədə Modern.az-a AYB-dən məlumat verilib.

 

Qeyd edilib ki, qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

 

Azərbaycan Yazıçılar Birliyinin dəvətilə qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək.

 

26 oktyabr saat 9-da Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarı, daha sonra Şəhidlər Xiyabanı ziyarət ediləcək.

 

Qurultay nümayəndlərinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynada son vəziyyə - Azərbaycanlı polkovnik danışır