Modern.az

AYB-nin qurultayında 4 komissiya seçilib - YENİLƏNİB

AYB-nin qurultayında 4 komissiya seçilib - YENİLƏNİB

26 Oktyabr 2022, 15:26

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında 4 komissiya seçilib.

 

Modern.az xəbər verir ki, qurultay katibliyinin sədri Adil Cəmil, üzvləri Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli və Taleh Mənsur olub.

 

Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu, mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər isə Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif, seçki komissiyasının sədri Səyyad Aran, üzvlər isə Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı seçilib.

 

***

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilir. 

 

Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən qurultayda AYB-nin dəvətilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edir. 

 

Qurultayda AYB-nin sədri vəzifəsinə seçki keçiriləcək. Birliyin sədrliyinə üç namizədin adı məlumdur. Onlar Xalq yazıçısı Anar Rzayev, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlidir. 

 

XIII qurultaya AYB rəhbərliyi – 6 nəfər (sədr Anar, birinci katib Çingiz Abdullayev, sədrin müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi), Ağsaqqallar Şurasının üzvləri – 19 nəfər, İdarə Heyətinin üzvləri – 24 nəfər, Gənclər Şurasının üzvləri – 21 nəfər, seksiya rəhbərləri – 6, bölmə rəhbərləri – 19 və bölmələrdən və seksiyalardan seçilənlər də əlavə olunmaqla ümumilikdə 330 nəfər nümayəndə müəyyənləşib, onlardan 250-si hazırda qeydiyyatdan keçib.

 

***

08:53

 

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı keçiriləcək. 

 

Modern.az xəbər verir ki, qurultay Akademik Milli Dram Teatrında təşkil olunacaq.

 

Hazırda əsas müzakirə mövzusu AYB-nin yeni sədrinin kim olacağıdır.

 

Bundan öncə mətbuatda yayılmış xəbərlərdə Xalq yazıçısı Çingiz Abdullayevin AYB sədri postuna namizəd olacağı, hətta onun sədr seçiləcəyi iddia edilirdi. Digər məlumatlarda isə gənc yazarlardan birinin sədr postuna gətiriləcəyi vurğulanırdı. 

 

Ötən gün Modern.az-a açıqlama verən AYB-nin hazırkı sədri, Xalq yazıçısı Anar Rzayev Çingiz Abdullayevin namizəd olmayacağını bildirib.

 

Yeni sədrin kimliyinə gəlincə, Anar növbəti dönəmdə də postunda qalmağı düşünür. Hazırda ən real namizəd məhz Anarın özüdür. 

 

Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir. Onun 84 yaşı var. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir