“Anardan sonra sədrliyə tamah salan olmayacaq” – Ramiz Rövşən

“Anardan sonra sədrliyə tamah salan olmayacaq” – Ramiz Rövşən

Ədəbi̇yyat

26 Oktyabr 2022, 13:46

"Bugünkü qurultaya olan maraq məni çox sevindirir".

 

Modern.az xəbər verir ki, bunu Xalq şairi Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyinin (AYB) bu gün keçirilən qurultayı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

 

"Yazıçıların həyatı qurultayın gedişatı ilə yox, xalqın həyatı ilə bağlıdır. Yazıçılardan çox şey umurlar, buna görə də insanların qarşısında məsuliyyətimizi hiss etməliyik. Ayaz Salayevin bir müddət əvvəl səsləndirdiyi fikirlərlə qəti razı deyiləm, dostum olsa belə. Hər bir xalq öz yaddaşının məhsuludur. Bu yaddaşı formalaşdıran isə ədəbiyyatdır. 44 günlük müharibədə qələbəni qazananlar bu ədəbiyyatın yaratdığı insanlardır. Bəzən mənim şeirlərimi də tənqid edirlər. Amma bizə yalançı vətən şeirləri lazım deyil, bununla insan formalaşmır", - Xalq şairi deyib.

 

Ramiz Rövşən daha sonra Azərbaycan dili məktəblərindən danışıb: "Ən səviyyəli məktəb ana dilimizdə tədris verən məktəblərdir, indi onların sayı azalıb. Dil bilməklə alim olmaq mümkün deyil".

 

Tanınmış şair, həmçinin yazıçı Anarın AYB sədrliyinə namizədlliyindən söz açıb:

 

"Anarın yüz minlərlə oxucusu var. Həqiqət budur. İndi oxuyan yoxdur söhbəti yalandır, oxuyan əslində çoxdur. Yazıçını təsdiqləyən qurultaylar, tənqidi məqalələr, təriflər deyil, onun oxucularıdır. Anardan sonrakı Yazıçılar Birliyi indiki kimi ola bilməz. Sizi tam arxayın edim ki, Anardan sonra AYB sədrliyinə tamah salan olmayacaq. Anar qədər birləşdirici adam tapmaq çox çətindir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı