Modern.az

Tənqidçi AYB-dən istefa verdi - \"Belə rəzillik görmədim\"

Tənqidçi AYB-dən istefa verdi - \

27 Oktyabr 2022, 12:04

Tanınmış tənqidçi Mehman Qaraxanoğlu Azərbaycan Yazıçılar Birliyinə üzvlükdən imtina edib.

 

Modern.az xəbər verir ki, tənqidçi bu barədə "Facebook" profilində verib.

 

“Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhədlər idi.

 

Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir...

 

Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”, - M.Qaraxanoğlu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı