Modern.az

Naxçıvanda AYB-yə yeni sədr seçildi

Naxçıvanda AYB-yə yeni sədr seçildi

Ədəbi̇yyat

14 Noyabr 2022, 17:48

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin hesabatı dinlənilib.

 

Hesabat məruzəsindən sonra İdarə Heyətinin yeni tərkibi seçilib. Birliyin İdarə Heyətinin üzvləri Həsənəli Eyvazov və Qafar Qənbərov çıxış edərək Əliyev Asim Yediyar oğlunun Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri vəzifəsinə namizədliyini irəli sürüblər.  

 

Təklif səsə qoyularaq qəbul olunub və Asim Əliyev Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri seçilib.  

 

Daha sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Nəzarət-Təftiş Komissiyasının tərkibi seçilib, konfransın qərarı qəbul olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?